Mobil versiya
Bülent Ersoy azərbaycanlı modelyerin kolleksiyasından geyinəcək
Tarix: 18-12-2017 | Saat: 09:12
Bölmə:Aia TV | çapa göndər






Türkiyəli müğənni Bülent Ersoy yeni il gecəsi üçün azərbaycanlı modelyer Rüfət İsmayıla yeni səhnə geyimi sifariş edib.



aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk sənət musiqisinin divası Bülent Ersoy yeni il gecəsi Antalya Royal Seginus Oteldə səhnəyə çıxacaq. Bənzərsiz səsi, xüsusi dizayn səhnə paltarları ilə Türkiyədə rəqibi olmayan Bülent Ersoy, 31 Dekabr gecəsi qonaqlarına unudulmaz bir gecə yaşatmağa hazırlaşır. Bülent Ersoy, yeni il gecəsi üçün hamısı xüsusi daşlardan ibarət olan paltarıyla səhnədə çıxacaq və paltarının qiyməti isə tam 115 min türk lirəsi. "Diva" nın yeni il gecəsində geyəcəyi xüsusi paltar üçün stilist Rufat İsmayil, özəl olaraq Parisdən İstanbula gələcək.

Qeyd edək ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın IV İslam Həmrəylik Oyunlarının bağlanış mərasimində geyindiyi don və "Baku Crystal Hall"da möhtəşəm konsert proqramı ilə çıxış edib xalq artisti Aygün Kazımovanın paltarları azərbaycanlı modelyer Rüfət İsmayılın kolleksiyasına aiddir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024