Mobil versiya
Rusiya və Ermənistan havadan birgə müdafiə olunacaqlar
Tarix: 11-11-2015 | Saat: 13:38
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Qərar hökumət portalında dərc olunub.

Rusiya prezidenti Vladimir Putin Kollektiv təhlükəsizliyin Qafqaz regionunda Rusiya Federasiyası və Ermənistan arasında birləşmiş regional HƏM (Hava əleyhinə müdafiə) sisteminin yaradılmasına dair razılaşmanın imzalanmasına dair göstəriş verib, TASS məlumat yayıb.

Rusiya liderinin müvafiq sərəncamı hüquqi informasiyanın rəsmi portalında dərc edilib.

“Rusiya Federasiyası hökumətinin RF və Ermənistan Respublikası arasında Kollektiv təhlükəsizliyin Qafqaz regionunda Regional hava əleyhinə müdafiə sistemi birləşmələrinin yaradılmasına dair təklif qəbul edilsin.

Rusiyanın Müdafiə Nazirliyinə Rusiya DİN-nin iştirakı ilə erməni tərəfi ilə və razılıq əldə edildikdən sonra RF adından Razılaşma imzalansın, onun layihəsinə hökumətin təsdiq etdiyi prinsipial xarakter daşımayan dəyişikliklərin edilməsinə icazə verilsin”- sənəddə qeyd edilir.Oxu.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024