Mobil versiya
“Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı layihə çərçivəsində gənclərlə görüş keçirib
Tarix: 15-12-2017 | Saat: 17:56
Bölmə:Manşet / Ölkə | çapa göndər




Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Turizm və Menecment Universiteti və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və birgə təşkilatçılığı ilə həyata keçirilən “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı, Qarabağda olan və hərbi münaqişə zamanı ermənilər tərəfindən tamamilə və qismən dağıdılmış mədəniyyət abidələrimizin təbliğatı istiqamətində, təqdimat xarakterli maarifləndirmə layihəsi çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri ilə görüşü keçirilib.

Tələbələrlə görüşdə Akademiyanın Tədris İşləri üzrə Prorektoru Sirac Məmmədov, Azərbaycan Turizm və Menecment Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənn müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzalı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Həmkarlar Təşkilatının nümayəndəsi Mahmud Mahmudov iştirak edib.

Mərasimi Akademiyanın Tədris İşləri üzrə Prorektoru Sirac Məmmədov giriş sözü ilə açaraq qonaqları salamlayıb və layihənin gedişatına uğurlar arzulayıb.

Sonra Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzalı layihə haqqında məlumat verib, sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənn müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə çıxış edərək gənclərlə Qarabağda olan və hərbi münaqişə zamanı ermənilər tərəfindən tamamilə və qismən dağıdılmış mədəniyyət abidələrimiz haqqında gəncləri məlumatlandırıb

Sonda gəncləri maraqlandıran sualları cavablandırılıb.

Qeyd edək ki, Layihənin məqsədinin əsasında ilk növbədə özünün tarixi, maddi-mədəniyyət abidələri ilə zəngin olan Qarabağımızın mədəniyyət abidələrini təbliğ etmək dayanır.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024