Mobil versiya
Prokurorluq təkzib etdi: “Jeep”in sürücüsü azadlığa buraxılmayıb
Tarix: 15-12-2017 | Saat: 12:45
Bölmə:Manşet / Gündəm | çapa göndər

Prokurorluq təkzib etdi: “Jeep”in sürücüsü azadlığa buraxılmayıb


Bakı Şəhər Prokurorluğu paytaxtın Səbail rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması barədə bəzi KİV-lərdə yayılan xəbərlərlə bağlı məlumat yayıb.

Şəhər Prokurorluğunun daxil olan məlumatında bildirilir ki, bəzi KİV-lərdə paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyalar dərc edilib. Həmin məlumat həqiqəti əks etdirmədiyindən Bakı Şəhər Prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur.

Belə ki, həmin yol-nəqliyyat hadisəsi zamanı "Jeep Grand Cherokee” markalı avtomobili idarə edən şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və həbs qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb.

Həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət olunmayıb və bununla əlaqədar hər hansı məhkəmə iclası keçirilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına son qoyulması dəfələrlə kütləvi informasiya vasitələrinin nümayəndələrindən tələb olunsa da, hazırkı vaxtadək bu tələbə bəzi KİV-lərin əməl etməməsi təəssüf doğurur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024