Mobil versiya
Maştağalı gənc Elzaya cavab YAZDI: “Əbülfəz bu aləmdə yeni nəfəsdi...”
Tarix: 14-12-2017, 17:45 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

Maştağalı gənc Elzaya cavab YAZDI: “Əbülfəz bu aləmdə yeni nəfəsdi...”




Bir neçə gün əvvəl Elza Seyidacahan Modern.az saytına açıqlama verib ki, gənclər onun sayəsində Bəxtiyar Vahabzadəni tanıyırlar.



Başqalarını deyə bilmərəm, amma şəxsən mən Bəxtiyar Vahabzadəni 7-8 yaşımdan tanıyıram və o zaman məndən soruşsaydınız Elza Seyidcahan kimdir, inanın, bilməzdim.



O ki, qaldı Elza xanımın şeirlərinə ki mən bunları şeir kimi qəbul etmirəm, məncə bu tip şeirləri istənilən şəxs yazar. Mən özüm şair, ya da yazıçı deyiləm, tənqidçiyəm.

Mənim yazdığım şeirdə də kifayət qədər səhv tapmaq olar. Mən bunu normal qarşılayıram.

Amma əgər yeni “şeir” janrını bəyənmirəmsə, mənasını anlamıramsa tənqid etməyim normal qarşılanmalıdır.



Elza xanımın” Quqqulu qu”, “ Bığ” və başqa şeirlərindəki mənasız bəndlərə fikirlərə qarşı mən də bir şeirlə çıxış etməyi qərara aldım. Və təbii ki, Elza xanımın mənə cavabına cavabım olaraq.



Yazdı Quqqulu qu şeirini birdən,

Dəyişdi mövzunu gözlənilmədən.

Bitdə,bitdə meymun necə olur ki?

İnsana bənzəyən,ya bənzəməyən?



Cakka, cukka, rakka, rukka və sair,

Nə fikirləşim bu sözlərə dair?

Sözün də su kimi lətafəti var

Deyibdir Nizami... O ulu şair.



Bığsız torpağımızı təsəvvür etmir,

Oxusan nə deyir, özü də bilmir.

Bığ ilə səngərin nə əlaqəsi?

Məgər bığsız kişi səngərə getmir?



Mən paxıl deyiləm, cəsur insanam,

Hər zaman sözümün arxasındayam.

Kimsənin ardınca getmərəm heç vaxt,

Yolumdan dönmərəm, doğru yoldayam.



Daha yazma Elza, sən canın bəsdi,

Yazdığın şeirlər, boşdu, əbəsdi.

Mənası yoxdur heç, inan sən mənə,

Əbülfəz bu aləmdəki yeni nəfəsdi.



Əbülfəz Maştağalı

aia.az



5324 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031