Mobil versiya
Ağdaşda 17 yaşlı gənci öldürən şəxs tutuldu - YENİLƏNİB
Tarix: 14-12-2017 | Saat: 15:55
Bölmə:Cəmiyyət | çapa göndər

Ağdaşda 17 yaşlı gənci öldürən şəxs tutuldu - YENİLƏNİB


Ağdaşda rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

aia.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ağdaş şəhərinin Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı əslən Ağdaş rayonundan olan və Bakıda yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Tərlan Fikrət oğlu həmyaşıdı, Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlunu bıçaqlayıb. Ürək və kürək nahiyəsindən bıçaq xəsarətləri alan Ətraf Nəsibov hadisə yerində dünyasını dəyişib.

Qətli törədən Tərlan Hacıyev hadisə yerindən qaçaraq Qəbələ rayonunda yaşayan qohumunun evində, sonra isə meşə ərazisində gizlənsə də, günorta saatlarında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Rayon sakinlərininverdiyi məlumata görə, Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsi olan Ətraf Nəsibovun namus üstündə qətlə yetirildiyi bildirilir. Belə ki, Ətraf Nəsibov Tərlan Hacıyevin Ağdaşda orta məktəbin 10-cu sinfində oxuyan və dayısının evində yaşayan bacısı ilə görüşüb. Sonradan qız barəsində xoşagəlməz fikirlər söyləyən Ətraf Nəsibovun bu hərəkəti Tərlan Hacıyevin xoşuna gəlməyib. Tərlan Hacıyev bacısına görə Bakıdan Ağdaşa gələrək Ətraf Nəsibovu amansızlıqla qətlə yetirib. Qətli törədən Tərlan Hacıyevin valideynlərinin hazırda Türkiyədə olduğu bildirilir.

Qeyd edək ki, hadisə Ağdaş Dövlət Humanitar Kollecinin ərazisindən kənarda, dərslərarası fasilə vaxtı baş verib. Ətraf Nəsibov kolleci özbaşına tərk edərək poçtun yanına gedib və məlum hadisə bu zaman qeydə alınıb.

Kollecdən APA-nın yerli bürosuna bildirilib ki, Ətraf Nəsibov dərslərini yaxşı oxuyan, sakit təbiətli insan olub, tələbə gənclər təşkilatının üzvü kimi təhsil ocağının tədbirlərində fəal iştirak edirmiş.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfində cinayət işi açılıb, araşdırma aparılır.


***
Ağdaş rayonunda 17 yaşlı gənci qətlə yetirən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə,Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsiƏ.Nəsibovuşəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlüTərlan Fikrət oğlu Hacıyev bıçaqlayaraq qətlə yetirib.

İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, qətlə yetirilən Ə.Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Bundan xəbər tutan qızın qardaşı T.Hacıyev onu söhbət etmək üçün çağırıb vəƏ.Nəsibovu öldürüb.

Hadisəni törədən şəxs daha sonra qaçıb.

Hazırda hüquq mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024