Mobil versiya
Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anma mərasimi keçirildi
Tarix: 13-12-2017 | Saat: 12:17
Bölmə:Ölkə | çapa göndər

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anma mərasimi keçirildi


12 dekabr 2017-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edirdi.
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoydular.
Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildirdilər.
Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimində iştirak edən rayon ictimaiyyəti abidə önünə tər gül çiçək dəstələri qoyduqdan sonra rayonun bütün qəsəbələrində Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxundu və ehsan süfrələri açıldı.
AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024