Mobil versiya
"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib
Tarix: 12-12-2017 | Saat: 17:08
Bölmə:Gündəm | çapa göndər

"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib




Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatından 14il ötür.

"Azəravtoyol” ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

aia.az xəbər verir ki, mərasim iştirakçıları öncə ulu öndər Heydər Əliyevin cəmiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri qoyublar.

Daha sonra tədbir cəmiyyətin akt zalında davam etdirilib. Tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.

Cəmiyyət sədri çıxışında Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tarixin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olduğunu, ölkəmizin tarixinin 30 ildən artıq bir dövrünü əhatə edən taleyinin, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəlişinin məhz Ulu Öndərin adı ilə sıx bağlı olduğunu vurğulayıb.

Bildirilib ki, ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ümummilli lider Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Xalqımız bu gün həm ana vətənimiz Azərbaycanda, həm də onun hüdudlarından kənarda Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Ulu Öndərin bizlərə miras buraxdığı müstəqil Azərbaycan Respublikasının bu gün etibarlı əllərdə olduğunu qeyd edən Saleh Məmmədov, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Ümummilli lider ölkənin gələcək inkişaf startegiyasında yol təsərrüfatının da inkişafına xüsusi həssaslıqla yanaşırdı. Ulu öndərin bu siyasətin nəticəsidir ki, bu gün də yol təsərrüfatının inkişafına xüsusi önəm verilir və bu sahə daim dövlət başçısı tərəfindən diqqətdə saxlanılır.

Ümummilli lider Heydər Əliyevin " Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” kəlamı hazırda yol işçilərinin peşə fəaliyyətinin bir devizinə çevrilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə