Mobil versiya
Öcalanın 15 iyul hazırlığı: 3 min PKK-çı sərhəddə...
Tarix: 11-12-2017 | Saat: 18:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

Öcalanın 15 iyul hazırlığı: 3 min PKK-çı sərhəddə...


Ədalət və İnkişaf Partiyasının Mardin millət vəkili Orxan Miroğlu yeni çıxaracağı kitabında İmralı görüşləri ilə bağlı sensasiyalı iddiaların yer aldığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Türkiyədə yayımlanan “Araf” proqramında danışıb.

Miroğlunun sözlərinə görə, Öcalan İmralı həbsxanasında Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkilləri ilə keçirilən görüşlərdə PKK qruplaşmasına terrorçu sayını 70 minə çatdırmağı tapşırıb. O, həmçinin Türkiyədə çevriliş cəhdi barədə 1-1.5 il əvvəldən xəbər verib. Öcalan çevriliş cəhdində PKK-nın fəal şəkildə istifadə olunacağını və bunu FETÖ-nun təşkil edəcəyini bildirib.

“Aleksandr Duqin 15 iyulda Ərbildə olduğunu və orada Türkiyəyə girməyə hazırlaşan 3 min nəfərlik PKK qrupunu müşahidə etdiyini söyləyib. Bütün bunları nəzərə alanda məsələnin mahiyyəti ortaya çıxır”, - Miroğlu deyib.

Miroğlu həmçinin terrorçuların əsgərlərə deyil, sadəcə polislərə zərbə endirmək barədə təlimat aldığını bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024