Mobil versiya
Sevda italyan filminə dəvət alıb
Tarix: 10-11-2015, 12:25 | Saat: 15:47:00
Bölmə:Dünya / Manşet2 / Karusel | çapa göndər

Sevda italyan filminə dəvət alıb

Müğənni Sevda Yahyayevaya İtaliyadan film təklif gəlib. Lent.az-ın məlumatına görə, italyan rejissor Danielle Lukette müğənnini büdcəsi 2 milyon avro təşkil edən filmin çəkilişlərinə dəvət edib. Ərsəyə gələcək melodram janrlı filmin çəkilişləri isə İtalya və digər Avropa ölkələrində baş tutacaq. Yahyayevaya külli miqdarda qonorar təklif edən rejissorun təklifini müğənni qəbul etməyib. Səbəb isə çəkilişlərdə Yahyayevanın razılaşmadığı səhnələr olub: "Möhtəşəm bir film olmalıdır. Rejissorun köməkçisi öncə mənimlə əlaqə saxladı. Film haqda söhbət etdik. Yüksək miqdarda qonorar təklif edildi. Lakin filmdə olan bəzi səhnələri xalqımızın mentalitetinə uyğun olmadığı üçün təklifdən imtina etdik", deyə müğənninin prodüseri Pərviz Əsgərov bildirib.

Qeyd edək ki, Danielle bu günə kimi ”Dıllo con parole mie”, “La nostra vita”, “Anni felici” filmlərin müəllifidir.



5633 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031