Mobil versiya
Bacı-qardaşı öldürənə ömürlük cəza verildi
Tarix: 07-12-2017 | Saat: 17:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bacı-qardaşı öldürənə ömürlük cəza verildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ananı yaralamaqda və iki övladını isə öldürməkdə təqsirləndirilən 20 yaşlı Azər Cəfərova cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək A.Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsəni istəyib.

Məhkəmə kollegiyasının hökmü ilə A. Cəfərov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci il aprelin 1-də Bakının Nərimanov rayonu, Keşlə qəsəbəsində baş verib. Qayınanasının bacısı Lətifə Qasımovanın evinə gələn A.Cəfərov onun 16 yaşlı oğlu Saqilin və 26 yaşlı qızı Fəridənin boğazını kəsərək öldürüb. Sonra isə L.Qasımovaya bir neçə bıçaq zərbəsi vuraraq onu da öldürməyə xəhd edib. Evdən 207 dollar və 250 manat götürən şəxs qətlə yetirdiyi şəxslərin meyitini özünə məxsus 90 HK 308 dövlət nömrə nişanlı avtomobilə qoyaraq uzaqlaşıb. Xəstəxanaya yerləşdirilən L.Qasımovanın həyatınl xilas etmək mümkün olub.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024