Mobil versiya
Arvadı və 4 qızını öldürən ər saxlanılıb - RƏSMİ MƏLUMAT
Tarix: 7-12-2017, 11:48 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Arvadı və 4 qızını öldürən ər saxlanılıb - RƏSMİ MƏLUMAT


Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Salyanda 3 il öncə törədilmiş dəhşətli qətllə bağlı birgə məlumat yayıb.

aia.az-a verilən birgə məlumatda deyilir:

"Salyan rayon sakini Mehparə Əliyeva və 4 övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.
Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.
Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, Fərhad Əliyev arvadı Mehparə Əliyeva və 4 qızı - Ümidə, Rəqibə, Sevda və İradə Əliyevaları qətlə yetirərək həyətyanə ərazidə basdırıb. Hadisənin ailə münaqişəsi zəminində törədildiyi bildirilir.

aia.az
Arvadı və 4 qızını öldürən ər saxlanılıb - RƏSMİ MƏLUMAT



5262 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031