Mobil versiya
Salyanda kişi üç il əvvəl arvadını və 3 qızını öldürərək həyətdə basdırıb
Tarix: 07-12-2017 | Saat: 11:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Salyanda kişi üç il əvvəl arvadını və 3 qızını öldürərək həyətdə basdırıb



Salyanda itkin düşən ana və 3 qızın öldürüldüyü məlum olub.

aia.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.
Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024