Mobil versiya
Elza Seyidcahan: “Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar”
Tarix: 06-12-2017 | Saat: 12:10
Bölmə:Karusel / Aia TV | çapa göndər

Elza Seyidcahan: “Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar”



Bakı Slavyan Universitetnin məzunu, jurnalistikada yenicə fəaliyyətə başlayan Əbülfəz Kərimov son vaxtlar ortaya çıxıb meydan sulayan ara şairlərini şeirlə tənqid etmiş və əməkdar artist Elza Seyidcahana söz atmışdı.

Bununla bağlı bəstəkar, əməkdar artist Elza Seyidcahan Modern.az-la öz fikirlərini bölüşüb.
Elza Seyidcahan saytımıza açıqlamasında şeir yazan gənci alqışladığını bildirib:
“O gənci alqışlayıram. Şeir yazırlar, beyinləri açılır. Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar. Qoy məni oxuyub, Bəxtiyar kimi şairini qədrini bilsinlər. Pis olmasa, yaxşının qədrini bilməzlər. Məni görüblər, Bəxtiyar Vahabzadə onlara şirin gəlib. O gəncdən soruşsan ki, Bəxtiyardan bir misra şeir de, bəlkə də bilməyəcək. Elza yaradıcılığı kütləşmiş beyinləri, tutulmuş dilləri, kor olmuş gözləri açır”.
Əməkdar artist “kifayət qədər şeir yazanlar var, niyə Elza Seyidcahanı hədəf alıblar” sualımıza belə cavab verib:
“Demək maraqlıyam , şeirlərim oxunur ki, məni hədəf alıblar. Tələbələr, balaca uşaqlar, şairlər, yazıçılar- hər kəs Elzanın şeirindən xəbərdardırlar. Belə bir söz var: “Xəbərdaram işindən, qurtarmaram dişindən”. Bu haqda heç zaman pis fikir deməmişəm, çünki onlar mənim oxucularımdır. Oxucularımın içində ağıllısı, dəlisi, paxılı, namərdi, mərdi də var. Əsas odur ki, onlar mənim oxucularımdır və mən heç zaman oxucularımı daşa basıb təhqir etməyəcəyəm. İnsan uğrun zirvəsinə çatanda ona qarşı paxıllar çoxalmağa başlayır. Onlar bir addımlıq barıtdır, tez yanıb, tez də partlayırlar. Bu səbəbdən bunu normal qəbul edirəm. Ardımca gəlsinlər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024