Mobil versiya
Yeditepe Universitetinin Xəstəxanasının nümayəndə heyəti ATU-nun qonağı olub
Tarix: 05-12-2017 | Saat: 16:37
Bölmə:Manşet / Təhsil | çapa göndər






Bu gün Türkiyənin Yeditepe Universitetinin Xəstəxanasından gələn nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. Qonaqlarla görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin fəaliyyəti, tədris sahəsində islahatlar və qurumun artan beynəlxalq əlaqələri haqqında məlumat verib.

G.Gəraybəyli qeyd edib ki, ATU-nun Türkiyənin bir çox universitetləri ilə rəsmi əməkdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr daim genişləndirilir: “Türkiyə ali məktəblərinin bir çoxunun professorları, müəllimləri bizdə master-klass, təlim keçirlər. Bu yaxınlarda İstanbulda Türkiyə ilə Azərbaycan universitetlərinin rektorları arasında böyük görüş keçirildi. Bakı-Tbilisi-Qars kimi çox önəmli bir layihənin işə düşdüyü vaxt, Bakıda keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra həm də ikinci tarixi hadisə baş verdi. Azərbaycan və Türkiyə hökumətləri arasında təhsil sahəsində əməkdaşlığa dair saziş imzalandı. Qarşılıqlı əməkdaşlığın sıxlaşması üçün bir çox imkanlar yaradan bu sazişdə həmçinin ikili diplomların rəsmən qəbul olunması məsələsi də yer alıb ki, bu da təhsil sahəsində münasibətlərin daha da inkişafına təkan verəcək”.

Rektor G.Gəraybəyli universitet daxilində fəaliyyət göstərən klinikalar haqqında da qonaqlara geniş məlumat verdi. Bildirdi ki, hazırda ATU-nun 4 müasir klinikası fəaliyyət göstərir: Tədris Stomatoloji Klinika, Onkoloji Klinika, Tədris Terapevtik Klinika və Tədris Cərrahiyyə. Klinikaların hər biri zəngin maddi-texniki baza, müasir cihaz və avadanlıqla təchiz edilib. Özünü maliyyələşdirmə ilə fəaliyyət göstərən bu klinikalarda tələbə və rezidentlər həm nəzəri, həm də praktik bilgilərə yiyələnirlər.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov ATU ilə Yeditepe Universitetinin tibb fakültəsi arasında əlaqələrdən danışdı: “Artıq bu münasibətlərimiz tədris-təlim istiqamətində inkişaf etdirilir. Hazırda ikitərəfli əməkdaşlıq protokolunun təfərrüatlarının hazırlanması üzərində iş aparılır”.

Yeditepe Universitetinin Xəstəxanasının İdari direktöru Dr.Arzu Akkaş Bakıda olmaqdan məmnunluğunu ifadə edərək rəhbəlik etdiyi təşkilatın işi haqqında məlumat verdi. Onun sözlərinə görə, Yeditepe Universiteti 1996-cı ildə yaradılıb: “Türkiyənin ikinci özəl universiteti olan Yeditepede tədris ingilis dilində aparılır. 2005-ci ildə ilk klinikamızı açdıq. Bu, 100 çarpayılıq bir klinikadır. Sonradan tələbə və rezidentlərin, uzmanların ehtiyacını nəzərə alaraq, daha bir klinikanı yaratdıq”. Dr. Arzu Akkaşın sözlərinə görə, 3 həftə öncə açılan yeni klinika “Yeditepe İxstisas Xəstəxanası” adlanır. 200 çarpayılıq yeni klinika beyin cərrahiyyəsi, onkoloji və digər şöbələrdən ibarətdir.

Yeditepe Universitetinin Xəstəxanasının Beynəlxalq Xəstə xidmətləri üzrə səlahiyyətli nümayəndəsi Mehriban Kayan da görülən işlər barədə məlumat verdi.

Görüşdə iki universitet arasında hazırlanan əməkdaşlıq memorandumunun detalları müzakirə olundu, cənədə universitet klinikalarının qarşılıqlı xəstə mübadiləsinə dair məsələlərin əlavə olunmasına dair ilkin razılıq əldə olundu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024