Mobil versiya
“Kənd təsərrüfatının inkişafı prioritetdir” - Prezident
Tarix: 04-12-2017 | Saat: 17:07
Bölmə:Manşet / Ölkə | çapa göndər

“Kənd təsərrüfatının inkişafı prioritetdir” - Prezident




“Burada ixracyönümlü məhsullar istehsal olunur. Bu da bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkədə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Burada yetişdiriləcək məhsulların hamısı demək olar ki, xaricə ixrac olunacaq. Çünki, biz özümüzü tərəvəzlə təmin etmişik”.

AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olarkən deyib.

“Ölkəmizə ən çox gəlir gətirən sahə pomidorla bağlıdır. Bu ilin 10 ayı ərzində pomidor ixracından ölkəyə 130 milyon dollar vəsait gəlib. İndi təsəvvür edin, əgər biz növbəti mərhələdə 400 hektarda yeni istixana komplekslərini istifadəyə versək, - bu da təbii ki olacaq, - bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. Bu, yeni iş yerləri deməkdir, burada təqribən 200-ə yaxın vətəndaş işlə təmin olunub. Bura qadınlar üçün də iş yeridir. Bu da çox önəmlidir.”-deyə, prezident qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024