Mobil versiya
Sevdiyi qadına görə özünü dənizə atdı - BULVARDA
Tarix: 09-11-2015 | Saat: 12:51
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər

Sevdiyi qadına görə özünü dənizə atdı - BULVARDA

Hadisə 2 gün öncə baş verib

Noyabrın 7-də bulvarda özünü dənizə atan şəxslə bağlı maraqlı məqam üzə çıxıb. həmin gün axşam saatlarında park ərazisində özünü dənizə atan 30 yaşlı Fariz Müslümov (ad və soyad şərtidir) bunu sevdiyi qadına görə edib.

Məlum olub ki, F.Müslümov qeyri-rəsmi nikah münasibətində olduğu qadının onu atmasından sonra sarsıntı keçirib. Sevdiyi qadının daha onunla yaşamaq istəmədiyini görən şəxs çıxış yolunu özünü dənizə ataraq intihar etməkdə görüb.

*****

7 noyabr 21:54

Bakıda intihara cəhdin qarşısı alınıb.

Aia.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Səbail rayonunda 1 nəfər intihar etmək məqsədi ilə özünü dənizə atıb.

Dərhal hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib və vətəndaş xilas edilib. Əməliyyat saat 20:41-də başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024