Mobil versiya
Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub - YENİLƏNİB
Tarix: 01-12-2017 | Saat: 15:09
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub - YENİLƏNİB


Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda işgüzar səfərdə olan Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

aia.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb.
Sonra prezidentlər birgə foto çəkdiriblər.

Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.
Bu səfərin iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

***

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024