Mobil versiya
Bu gün Dünya Çempionatının püşkü atılır
Tarix: 01-12-2017 | Saat: 12:27
Bölmə:Karusel / İdman | çapa göndər

Bu gün Dünya Çempionatının püşkü atılır


Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının püşkatma mərasimi keçiriləcək.

aia.az xəbər verir ki, püşkatma mərasimi Moskvadakı Kreml Sarayında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Püşkatma mərasiminin aparıcıları ingiltərəli veteran futbolçu Hari Lineker və rusiyalı telejurnalist Mariya Komandnaya olacaqlar.

Rusiya millisi meydan sahibi kimi avtomatik A qrupunun 1-ci komandası olacaq.


Püşk öncəsi səbətlətin tərkibi aşağıdakı kimidir:


A səbəti:Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;

B səbəti:İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;

C səbəti:Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;

D səbəti:Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024