Mobil versiya
Telman İsmayılovun oteli yenidən açılır - DƏBDƏBƏLİ TOY OLACAQ
Tarix: 30-11-2017 | Saat: 18:29
Bölmə:Media | çapa göndər

Telman İsmayılovun oteli yenidən açılır - DƏBDƏBƏLİ TOY OLACAQ




Antaliyada, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollara inşa edilən "Mardan Palace Otel"in fəaliyyətə başlayacağı tarix açıqlanıb.

aia.az baku.ws-yə istinadən xəbər verir ki, 31 mart 2018-ci il tarixində otel yenidən xidmətə açılacaq. Otelin baş direktoru Selçuk Şentepe "Mardan Palace Otel"nin üzərinə həbs qoyulmadığını bildirib. Şirkətin bir digər investisiyası olan sport otelin həbs səbəbiylə satılmasına çalışılır.

Baş direktor Selçuk Şentepe otelin borc içində olmadığını söyləyib:

"Otelimizdə olan əmlakın dəyəri borcların 5 qatıdır. Hər dövrdə şirkətlərin müəyyən çətinlikləri olur. Biz, hər şeyimizi yenidən qururuq. Gələcəyə daha yaxşı baxaraq, hərəkət etməyə çalışırıq. Bir çox otelin çətinlikləri olduğu kimi bizim də çətinliklərimiz var. Bu çətinlikləri aşıb, yolumuza davam edəcəyik. Oteli təmir səbəbiylə bağladıq. Lakin 200-ə yaxın personalımız işə davam edir. 2018-ci ilə bir çox yeni plana başlayırıq. Görüşdüyümüz bir Hind toyu var. Otelimizin yeni il açılışını çox yaxşı bir Hind toyu ilə edəcəyik. Oteli köhnə günlərinə qaytaracağıq. 31 martda otelin açılışı olacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə