Mobil versiya
“Qoca” ilə qatardan qaçan Ağami apellyasiya şikayəti verdi
Tarix: 30-11-2017, 10:44 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

“Qoca” ilə qatardan qaçan Ağami apellyasiya şikayəti verdi


Bir müddət öncə qatardan qaçan dustaqlardan biri, Əli Ağami barəsindəki hökmdən apellyasiya şikayəti verib.

aia.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağami cəzanın ağır olduğu qənaətinə gəlib və yüngülləşdirilməsi üçün yuxarı instansiyaya müraciət edib. Onun şikayət ərizəsi Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilib. Yaxın günlərdə prosesin başlama tarixi təyin ediləcək.

Əli Ağami 2015-ci il noyabrın 5-də Şirvan şəhərində kafedə 32 yaşlı Elvin Nəciyev və 25 yaşlı Zaur Sarıbalayevin qətlində şübhəli bilinərək saxlanılıb.

Bu hadisəyə görə həm də "Qoca" ləqəbli Etibar Məmmədov da ittiham edilirdi. O qatardan qaçandan sonra saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün güllələnərək öldürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası bu işə görə Bakıya ezam edilib və proses Sabunçu rayon Məhkəməsində keçirilib.

Ə. Ağami adam öldürməkdə və qanunsuz silah daşımada təqsirləndirilərək 19 il müddətinə azadlıqdan məhrum edilib.
Əli Ağami ilə birlikdə məhkəmə qarşısına çıxarılan digər təqsirləndirilən şəxslərə - Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimovun hər birinə 18 il həbs cəzası verilib.

aia.az



5269 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031