Mobil versiya
Azərbaycan çempionatında kütləvi saxtakarlıq
Tarix: 29-11-2017 | Saat: 15:48
Bölmə:Manşet / İdman | çapa göndər

Azərbaycan çempionatında kütləvi saxtakarlıq



Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında kütləvi saxtakarlıq halları aşkarlanıb.

aia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin qərarlarında bildirilib.

Sadalanan faktlara əsasən, U-17 Liqasının "Kəpəz” – "Mil-Muğan” matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu iştirak edib. Bundan başqa, U-16 qızlar Liqasında UGİM (Naftalan) – "Əhmədli Yunayted”, U-13 qızlar Liqasında "Qusar” – "Təhsil” FM oyununda qonaqlar, "Mil-Muğan” (İmişli) – "Tomris” (Gəncə), "Qubek” (Balakən) – "Dinamo” (Baləkən), UGİM (Şəki) – UGİM (Qax) matçlarında meydan sahibləri, "Gənclik” (Şəki) – "Qabaqçöl” (Balakən) qarşılaşmasında isə hər iki komanda yaş limitini pozub.

İntizam Komitəsi saxtakarlığa yol verən bütün klublara 0:3 hesablı texniki məğlubiyyət verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024