Mobil versiya
Sakinlərin diqqətinə: evlərə qaz çəkilməsi pulsuz olacaq
Tarix: 07-11-2015 | Saat: 17:14
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər

Sakinlərin diqqətinə: evlərə qaz çəkilməsi pulsuz olacaq

Zaqatala rayonunun Mosul kəndində qaz açılışına qatılan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev önəmli açıqlama verib. Aia.az Region TV-ə istinadən məlumatına görə, neft şirkətinin rəhbəri bildirib ki, Azərbaycanda qaz sənayesinin inkişafında böyük irəliləyişlərlə yanaşı, yaranan problemlərin aradan qaldırılması üçün qərarlar qəbul olunur: “Yeni sistemə görə, yanvar ayının birindən qaz çəkilişində bütün texniki şərtlər "ASAN Xidmət" vasitəsilə həyata keçiriləcək. Artıq evinə, təsərrüfatına qaz çəkdirmək istəyən şəxs lazımi sənədləri toplamaqla "ASAN Xidmət"ə müraciət edərək çəkiliş üçün icazəni onlardan alacaq və bu proses pulsuz olaraq həyata keçiriləcək”.

Qeyd edək ki, yeni atılan bu addım qaz çəkilişində yaranan problemlərin, qeyri qanuni pul ödənişlərinin aradan qaldırılmasına hesablanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024