Mobil versiya
Odessadakı “Azərbaycan” parkında törədilən xuliqanlıq araşdırılır
Tarix: 27-11-2017 | Saat: 15:08
Bölmə:Cəmiyyət | çapa göndər

Odessadakı “Azərbaycan” parkında törədilən xuliqanlıq araşdırılır


Ukraynanın Odessa şəhərində tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı löhvənin üzərinin boya ilə ləkələnməsi xuliqanlıq hərəkəti kimi qiymətləndirilməlidir. Azərbaycanın Ukraynadakı Səfirliyi bu cür xuliqanlıq hərəkətlərinin siyasiləşdirilməsini qətiyyətlə pisləyir və Kütləvi İnformasiya Vasitələrini həssas mövzulara diqqətlə yanaşmağı tövsiyə edir.

Bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyindən Modern.az-a verilən məlumatda qeyd edilib.

Bildirilib ki, 2012-cü ildə SOCAR şirkəti tərəfindən həmin parkın tikintisi nəzərdə tutulsa da, yaranan maliyyə çətinliyinə görə, bu günə qədər hər hansı bir abadlıq işləri görülməyib, sadəcə, sonradan məlumatlandırma löhvəsi qoyulub və bu ötən müddətdə həmin ərazi baxımsız qalıb.

"Sözsüz ki, ərazi baxımsız qaldığından, bu cür xuliqanlıq hərəkətləri qaçılmaz olur. Əgər həmin park “Azərbaycan” parkı kimi fəaliyyətə başlasaydı, ərazi nəzarətdə olardı və iki ölkənin münasibətlərini pozmağa cəhd edən bu cür xuliqanlıq hərəkətləri baş verməzdi. Azərbaycanın Ukraynadakı Səfirliyi baş verən xuliqanlıq hərəkəti ilə bağlı Odessa şəhərinin icra strukturları ilə əlaqə saxlayıb və araşdırma aparılır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024