Mobil versiya
Qaradağ rayonu – Azərbaycanın sənaye nəhəngi
Tarix: 27-11-2017 | Saat: 13:26
Bölmə:Manşet / Ölkə / Seçilənlər-9 | çapa göndər

Qaradağ rayonu – Azərbaycanın sənaye nəhəngi



Bu gün ölkəmizin ardıcıl olaraq əldə etdiyi möhtəşəm uğur və nailiyyətlərdə Azərbaycanın ən iri sənaye mərkəzlərindən biri olan, ölkənin neft-qaz və qeyri-neft sektorunun inkişafında aparıcı rol oynayan Qaradağ rayonu müstəsna əhəmiyyətə malik inzibati ərazi vahidlərindən biridir. Təsadüfi deyildir ki, ölkənin ən iri neft-qaz sənaye müəssisələri də məhz Qaradağ rayonunda yerləşirlər. Hazırda rayon ərazisində 90 sənaye müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 22-si iri sənaye müəssisələridir.

Qısa arayış:
Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü ilin mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur.Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956-63-cü illərdə Qaradağ rayonu, 1963-66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Hazırda Qaradağ rayonunun ərazisi 1080 km2 və əhalisi 109371 nəfərdir.




Hazırda Qaradağ rayonunda gedən sürətli sosial-iqtasadi inkişafdan danışarkən, ilk öncə belə bir vacib məqamı da qeyd etmək lazımdır ki, möhtərəm prezidentimiz cənab İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin ortalarında, Qaradağ rayonunda millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə bu inkişafa nail olmaq üçün çox böyük işlər görüb. Azərbaycanda həmin illərdə ilk dəfə olaraq sosial-inkişaf proqramı da cənab İlham Əliyevin təşəbbüsü və iştirakı ilə məhz Qaradağ rayonunda qəbul edilib və “Qaradağın sosial-iqtisadi inkişafına yardım fondu” çərçivəsində rayonda böyük həcmdə layihələr həyata keçirilib, məktəb və uşaq bağçaları əsaslı təmir olunub, yollar çəkilb, qəsəbələr abadlaşdırılıb. Bu işlər bu gün də uğurla davam etdirilir.Azərbaycanın hər bir guşəsində olduğu kimi, Qaradağ rayonunda da böyük quruculuq və abadlıq işləri geniş vüsət alıb. Qaradağ rayonu Azərbaycanın ən iri sənaye mərkəzlərindən birinə çevrilib.Əlbəttə ki, bütün bu işlərin uğurla həyata keçirilməsi eyni zamanda həm də Qaradağ Rayon İcra Hakimiyyətinin səmərəli fəaliyyətindən xəbər verir. Qeyd edək ki, 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə Süleyman Mikayılov təyin edilmişdir. Bu gün də dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası, Qaradağ rayonunda Süleyman Mikayılovun rəhbərliyi altında uğurla həyata keçirilir.

Qısa arayış:
Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib.
1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub.Azərbaycan Respublikası Prezidentinin 04 mart 2010-cu il tarixli Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib.




Sənaye məhsullarının istehsalıartır




Oktyabr ayının 16-da keçirilmiş və rayonun sosial-iqtisadi inkişafının 2017-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında təqdim olunmuş hesabat və məruzələrdə rayonda gedən mütərəqqi proseslər öz aydın əksini tapmışdır. Belə ki, cari ilin doqquz ayının yekunlarına görə, Qaradağ rayonundasənaye sahəsində 685 mln 503 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 42,2 faiz təşkil etmişdir.
2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 56 mln 227 min manat, rabitə müəssisələri tərəfindən isə 2 mln 802 min manat həcmində xidmət göstərilmişdir. Həmçinin hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 202 mln 125 min manatlıq istehlak malları satılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 61,4 faiz artım deməkdir.

Qaçqın və məcburi köçkün ailələrin problemləri həll edilir




Məlum olduğu kimi, ölkəmizdə qaçqın və məcburi köçkün ailələrin problemləri hər zaman Azərbaycan dövləti rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılır. Bu soydaşlarımızın problemlərinin həllinə, onlara xüsusi qayğı göstərilməsinə prioritet məsələ kimi yanaşılması da bütün dövlət orqanlarına ölkə rəhbərliyi tərəfindən tövsiyyə olunmuşdur. O cümlədən, bu ilin may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.Xüsusilə vurğulamaq lazımdır ki, Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da həmin mərasimdə iştirak etmişdir. Ölkəmiz üçün çox vacib olan bu məsələyə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına Qaradağ rayonunda fəaliyyət göstərən özəl sektor və biznes strukturları da qoşulmuşlar.

Xarici əlaqələr inkişaf etdirilir

Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən nəhəng sosial-iqtisadi layihələr, dövlət proqramlarının uğurlu icrası, qeyri-neft sektorunun və sənayenin inkişafı, ölkəmizin iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti, yerli və xarici iş adamlarının fəaliyyəti üçün tətbiq edilən xüsusi güzəştlər bu gün ölkəmizi xarici investorlar üçün də çox cəlbedici bir məkana çevirib. Həmçinin Qaradağ rayonunun zəngin sənaye potensialı, sosial-iqtisadi inkişafı və ölkə iqtisadiyyatında tutduğu strateji mövqeyi məxsusi olaraq bu rayona xarici iş adamlarının marağını getdikcə artırmaqdadır.



Elə noyabr ayının 14-dən 19-dək davam edən səfər çərçivəsində də Çin Xalq Respublikası və Bakı şəhərinin Qaradağ rayonu arasında investisiyaya dair əməkdaşlıq çərçivəsində Şanxay şəhərindən olan investorlardan ibarət nümayəndə heyəti “Chine Minsheng New Energy İnvestment Group Limited” Şirkətinin vitse-prezidenti cənab Ma Shaoyinin rəhbərliyi ilə 13 nəfərdən ibarət nümayəndə heyəti Qaradağ Rayon İcra Hakimiyyətində işgüzar görüşdə iştirak edib. Görüş zamanı cənab Ma Shaoyin ölkələrimiz arasında mövcud əlaqələrdən bəhs edərək gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Görüşdə ölkələrimiz arasında mövcud olan iqtisadi və mədəni əlaqələr çərçivəsində qarşılıqlı iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə niyyət protokolu imzalanıb.
Əminliklə demək olar ki, Qaradağ rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması bundan sonra da uğurla davam etdiriləcək.

Orxan Həsənov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024