Mobil versiya
Ağdamda Şuranın maliyyə dəstəyi ilə hazırlanmış sənədli film ictimaiyyətə təqdim olunub
Tarix: 27-11-2017 | Saat: 10:39
Bölmə:Gündəm | çapa göndər

Ağdamda Şuranın maliyyə dəstəyi ilə hazırlanmış sənədli film ictimaiyyətə təqdim olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Sülhə Çağırış” Tolerantlığa dəstək İctimai Birliyi, Ağdamda Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Müharibə olmasaydı” sənədli filminin təqdimatını reallaşdırıb.

aia.az xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Hümbətov, Heydər Əliyev mərkəzinin direktoru Namiq Həsənov, "Sülhə Çağırış” Tolerantlığa Dəstək İctimai Birliyinin sədri Aynurə Cəfərova, Ağdam Musiqi Kollecinin rəhbərliyi, tələbə kollektivi və rayon ictimaiyyəti iştirak ediblər. Toplantı Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunub. Daha sonra ekran işi iştirakçıların seyrinə təqdim edilib. Təqdimatı Ağdam rayonundakı Musiqi Kollecində reallaşan film auditoriyada yüksək maraqla qarşılanıb. Təşkilatdan verilən məlumata görə "Qarabağ münaqişəsinə iqtisadi baxış” adı altında reallaşan layihədən məqsəd Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə, eləcə də regiona vurulan iqtisadi ziyana diqqət yönəltməkdir. Peşəkar komanda ilə və ekspertlərlə hazırlanan ekran işi zamanı regiona münaqişə səbəbindən dəymiş ziyan auditoriyanın nəzərinə çatdırılıb.





"Sülhə Çağırış” Tolerantlığa dəstək İB-dən verilən məlumata görə bu filmdə müharibə və qeyri-müharibənin fərqləri xüsusi ilə önə çıxarılıb.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024