Mobil versiya
Nazirdən deputatın təklifinə orijinal – Cavab
Tarix: 24-11-2017, 17:30 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nazirdən deputatın təklifinə orijinal – Cavab


Millət vəkili Zahid Orucun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun müavinlərindən birinin əlilliyi olan şəxs olması ilə bağlı təklifinə nazirin cavabı özünü çox gözlətməyib.

Axar.az-ın mlumatına görə, nazir bildirib ki, müavinlərini seçmək və o vəzifəyə təyin etmək onun səlahiyyətində olan məsələ deyil. Həmçinin, nazir S.Müslümov əlilliyi olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinə olduğunu bildirib.

Sitat: “Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə, bu məsələlərə qarışmaq doğru deyil”.

S.Müslümov hesab edib ki, əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər:

“Əlilliyi olan şəxslərə ayrıca kateqoriyadan olan insanlar kimi baxmaq doğru deyil. O şəxslərin öz qabiliyyətlərinə, bacarıqlarına uyğun işlə təmin olunmasına nail olmalıyıq. Əlillər bizlərdən biridir. Onlara fərq qoyulmamalıdır”.

Deputatın sözlərinə münasibət bildirən nazir özü də təkliflə çıxış edib və bildirib ki, Z.Oruc da parlament seçkilərində əlliliyi olan şəxsin namizədliyini irəli sürsün:

“Mən də sual edirəm, niyə parlament seçkilərində əlilliyi olan şəxsin namizədliyini irəli sürmürsünüz?!”

Xatırladaq ki, Milli Məclisin deputatı, millət vəkili Zahid Oruc əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olmasını təklif edib. Deputat bildirib ki, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələd olduğundan onların problemlərinin həllində daha aktiv iştirak edə bilər.

Hazırda nazir S.Müslümovun 4 müavini var.

aia.az



5253 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031