Mobil versiya
Tolikə vəzifə verildi
Tarix: 24-11-2017 | Saat: 17:29
Bölmə:Aia TV | çapa göndər

Tolikə vəzifə verildi


Prodüser Tarix Əliyev Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsertlərin təşkilatçısı vəzifəsinə təyin edilib.

Kult.az xəbər verir ki, bu barədə Tarix Əliyev (Tolik) İnstaqram səhifəsində yazıb. Prodüser onu bu vəzifəyə təyin edən Filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərova təşəkkür edib:

“15 illik prodüserlik fəaliyyətimdə heç bir dövlət idarəsində işləməmişəm, yalnız fərdi olaraq çalışmışam. Bu gün iş həyatımda çox ciddi qərar qəbul edildi. Gəncədə yeni inşa edilmiş möhtəşəm Filarmoniyada rəsmi şəkildə işə götürüldüm. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mənə çox doğmadır. Düz 6 ildir ölkəmiz üçün əlamətdar olan bayramlarda Gəncədə təşkil olunan xalq konsertlərinin təşkilatçısı olmuşam. Bu sırada tanınmış ulduzlar – Hadisə, Mustafa Ceceli, Fərhad Köçər, Aleksandr Stan, İnqrid, eləcə də öz məşhurlarımız, xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova, Aygün Kazımova, əməkdar artistlər Natiq Şirinov, Röya Ayxan və başqalarının adını çəkə bilərəm. Gəncə ötən il Avropa Gənclər Paytaxtı seçiləndə də bu mötəbər hadisənin konsert təşkilatçılığı mənə həvalə olunmuşdu. Gəncə Dövlət Filarmoniyasında uğurlu tədbirlər ərsəyə gətirəcəyimizə inanıram. Əməyimin bəhrəsi kimi dövlət müəssisəsində ştata götürüldüm. Prodüser kimi bir ilkə imza atmaq yenə mənə nəsib oldu”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024