Mobil versiya
“Rusiya-ABŞ münasibətləri Qarabağ münaqişəsinə təsir etmir” - Lavrov
Tarix: 20-11-2017 | Saat: 12:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Rusiya-ABŞ münasibətləri Qarabağ münaqişəsinə təsir etmir” - Lavrov



"Rusiya və ABŞ arasında münasibətlər Dağlıq Qarabağ münaqişəsinə təsir etmir"

aia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA universitetində tələbə və müəllim heyəti ilə görüşdə bildirib.

"Qarabağ münaqişəsi ona görə unikaldır ki, Rusiya əleyhinə olan dərin narazılıqlara baxmayaraq, rəsmi Vaşinqtonun münaqişənin həllinə dair mövqeyi dəyişməyib. Bir çox sahələrdə əlaqələr dalana dirənib, lakin Qarabağ nizamlanması üzrə əməkdaşlığa ziyan dəyməyib”, - deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ay baş tutan görüşü Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) ümumi səylərində durğunluğu aşmağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləməyə imkan verəcək.(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024