Mobil versiya
DİN-dən Şirvandakı insidentlə bağlı məlumat
Tarix: 18-11-2017 | Saat: 15:18
Bölmə:Cəmiyyət | çapa göndər

DİN-dən Şirvandakı insidentlə bağlı məlumat


Şirvan sakininin özünəqəsd cəhdinin qarşısı alınıb.

DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, Şirvan şəhər sakini, 42 yaşlı Cəlal İbrahimov sərxoş vəziyyətdə şəhərin mərkəzində xuliqanlıq hərəkətləri edib.

Bu zaman onu sakitləşdirmək istəyənlər olsa da həmin şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb, boğazına dirəyərək özünəqəsd edəcəyini bildirib, qatı xuliqanlıq hərəkətlərini davam etdirib.

Hadisə yerinin yaxınlığında olan Şəhər Polis və Mühafizə Şöbələrinin əməkdaşları tərəfindən C.İbrahimovun hərəkətlərinin və özünə xəsarət yetirməsinin qarşısı alınıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024