Mobil versiya
Vətəndaşların ən çox aldadıldığı SAHƏLƏR
Tarix: 18-11-2017, 14:45 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Vətəndaşların ən çox aldadıldığı SAHƏLƏR


Son dövlər vətəndaşların bəzi peşə sahibləri tərəfindən aldadılması halları artıb. Müxtəlif sahələrdə aldatmalar az qala adi hala çevrilib.

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da təsdiqləyib.


Hüquq müdafiəçisi bildirib ki,vətəndaşlar taksi sürücüləri, çoxmərtəbəli binalar inşa etmiş sahibkarlar tərəfinfən, eləcə də kənd təsərrüfatı sahəsində, həmçinin avtomobillərin ehtiyat hissələrinin alqı-satqısı zamanı daha çox aldadılırlar.


"Tikinti sektorunda vətəndaşların aldadılması faktına daha çox rast gəlinir. İşıq, qaz və su sayğaclarının satılması ilə bağlı da aldatma halları az deyil. Ölkə prezidentinin 2009-cu ildə imzaladığı fərmana görə, kommunal xidmətlərin sayğacları istehlakçılara təmənnasız verilməlidir. Lakin çoxmərtəbəli binaların sahibkarları –MMC-lər buna riayət etməyərək, sayğacları istehlakçılara ikiqat qiymətə satırlar”.

Eyyub Hüseynovun sözlərinə görə, vətəndaşların kupçası olmayan binalarda yerləşdirilməsilə də kütləvi aldatmalar gerçəkləşdirilir.


"Nəticədə həmin vətəndaşlar uzun müddət kupça əldə edə bilmirlər. Üçüncü belə hal çoxmərtəbəli binalarda divarların yaşayış sahəsi kimi vətəndaşlara satılmasıdır. Müvafiq qanunvericiliyə görə, yaşayış sahəsini hesablamaq üçün divarların iç perimetri ölçülməlidir. Həmin yer yaşayış sahəsinə aid edilmir. Lakin divarlar da yaşayış sahəsi kimi vətəndaşlara yüksək qiymətə satılır. Bundan başqa, çoxmərtəbəli binalarda birmənalı olaraq alınan külli miqdarda pul mqabilində vətəndaşlara rəsmi kassa qəbzi yox, saxta qəbz verirlər”.

Eyyub Hüseynov taksi sürücülərindən də onlara şikayətlər daxil olduğunu bildirir.


Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində kütləvi aldatmalar mövcuddur..(modern.az)

aia.az



5433 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930