Mobil versiya
I Avropa Oyunlarından nə qədər qazandıq?
Tarix: 29-06-2015, 12:37 | Saat: 15:47:00
Bölmə:Gündəm / İqtisadiyyat / Karusel | çapa göndər

I Avropa Oyunlarından nə qədər qazandıq?
Bilet satışı, sponsor və yayım hüquqlarından ümumilikdə toplanan vəsait açıqlandı.
"Bilet satışı, sponsor və yayım hüquqlarından ümumilikdə təxminən 15-17 milyon vəsait toplanıb".

Aia.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov deyib. Nazir könüllülərlə bağlı da danışıb.

O bildirib ki, könüllülər dövlət başçısı tərəfindən mükafatlandırılacaq: "Könüllülər bizi çox sevindirdi. Ümumilikdə yarışlarda 17 min gənc iştirak edib. Onların 5 mini açılış bağlanış mərasimində kömək edib. 12 min könüllü digər işlərdə xidmət göstərib. Yaxınlarda prezident İlham Əliyev könülllüləri mükfatlandıracaq", -deyə nazir qeyd edib.

Azad Rəhimov həmçinin bildirib ki, gələcək işlərdə də könüllülərin xidmətindən yararlanaqlar.

BAOƏK rəsmisi Avropa Oyunlarının büdcəsinin 960 milyon manata olduğunu deyib. "Manatın devalivasiyasına görə, bizə əlavə 134 milyon lazım oldu, ancaq biz onu dövlətdən almadıq. Digər xərclərdən qənaət edib yalnız 960 milyon manatı xərclədik".

İyun ayının 12-də başlayan Avropa Oyunlarının bağlanış mərasimi ötən gün baş tutub. Bağlanış Mərasimini rəqəmlərlə aşağıdak kimi təqdim etmək olar:

•Dünyada 800 milyon potensial televiziya izləyicisi
•Bağlanış Mərasimində 1600-dən daha çox ifaçı və könüllü iştirak etdi
•Stadionun inşasına 20,5 milyondan çox işçi saatı sərf olunub
•10,000 pirotexniki vasitələr
•Gecənin pirotexniki vasitələri üçün sahədə 5,000 hazırlıq saatı
•Stadionun dam örtüyündə 120 pirotexniki işəsalma qurğusu 250 metr: stadionun ətrafında 7,5 ton ağırlığa tab gətirən yayım xətlərinin uzunluqları Üç mərhələdə istifadə ediləcək 450 m2- lik LED döşəmə plitələri
•Mərasimin təşkil edilməsi üçün 20 ölkədən 500-dən çox yük maşını ilə və hava yolu ilə gətirilmiş 100 ton həcmində yük
•800 səsgücləndirici və səs sistemi üçün 25 km uzunluğunda naqil
•2000-dən çox işıqlandırma qurğusu
•Çəkiliş və işçi heyəti tərəfindən istifadə ediləcək 12000-dən çox qulaqcıq və 180000-dən çox akkumulyator
•Atəşfəşanlığın musiqi ilə sinxronlaşdırılması üçün 200 saatlıq proqramlaşdırma həyata keçirilib
•Stadionun dam örtüyündən 25000 LED ‘közərən işıqlar’
•Hər biri 8m olan 88 ipək parça
•50 uçan qurğu
•3322m məsafəni əhatə edən 4617 LED hissədən ibarət 20 LED geyim
•Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının 11 hərbi qulluqçusu Azərbaycanın bayrağını daşıyır və qaldırırlar



5665 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-10-2019
10-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031