Mobil versiya
Facebook-dakı “təxribatçılar”la necə mübarizə aparmalı... - Ekspertlər yol göstərdilər
Tarix: 17-11-2017, 15:14 | Saat: 15:47:00
Bölmə:Şou-biznes | çapa göndər

Facebook-dakı “təxribatçılar”la necə mübarizə aparmalı... - Ekspertlər yol göstərdilər


Bu gün sosial şəbəkələr ictimai rəyə təsir edən əsas platformalardan biridir. Əksəriyyət bəzən istifadəçilərin yalan və ya şişirdilmiş paylaşımlar etdiyinin şahidi olur. Xüsusilə də təbii fəlakətlər zamanı bunu müşahidə edirik. Məsələn, iki gün öncə baş verən zəlzələ zamanı istifadəçilərin sosial şəbəkələrdəki paylaşımları istər-istəməz təlaşa səbəb olmuşdu.

Maraqlıdır, sosial şəbəkələrdə yaradılan yersiz hay-küyə qarşı necə mübarizə aparmaq olar?

Hüquqşünas Ələsgər Məmmədli Modern.az-a deyib ki, sosial şəbəkələrə müdaxilə etmək mümkün deyil:

“Azərbaycanda bütün onlayn sistemi, o cümlədən sosial şəbəkələr də tənzimlənir. Sosial şəbəkədə bu və ya digər formada şəxsə yönəlik, onların hüququnu pozan, onları təhqir edən, böhtan atan məqamlar varsa, bu ,cinayət məsuliyyəti yaradır. Sosial şəbəkədən istifadə edərək dövlətin bütünlüyünə, Konstitusiyasına və bu kimi digər məsələlərə zərər vermək istəyən varsa, bunlarla da bağlı qanunvericilikdə kifayət qədər maddələr var və məsuliyyət nəzərdə tutulub. Ona görə kimsə Azərbaycanda sosial medianın tənzimlənmədiyini düşünürsə, doğru deyil.
Hamının sosial şəbəkə hesabına bir kod verib hökümət nəzarəti təşkil etmək, yoxsa kimsə nədən istəyir yazsın, amma filan mövzulara toxunmasın? Birinci düşüncə ilə biz heç nə əldə edə bilmərik. Ümumiyyətlə dünya sivilizasiyasına uyğunlaşmaq istəyiriksə, bu cür düşüncələrdən uzaqlaşmalıyıq. İkincisi, regionda ən çox sosial şəbəkələrə müdaxilə edən ölkə bizim ölkəmizdir”.

Ə.Məmmədli bildirib ki, sosial şəbəkələrdə şişirdilmiş məlumatlara aldanmamaq üçün yeganə çıxış yolu məlumatı yayanları dostluqdan silməkdir:

“Bilirsiniz, siz sosial şəbəkələrdə görmək istədiklərinizi dostluğa qəbul edirsiniz. Deməli, heç kim sizə öz sözünü zorla sırıya bilməz. Mən filankəsin paylaşımlarını görmək istəmirəmsə, istədiyim vaxt onu silə , yaxud “qara siyahı”ya əlavə edə bilərəm. Bu baxımdan sosial şəbəkələrdə nələr olmalıdır, nələr olmamalıdır deməkdənsə, kimin paylaşımlarını görmək istəmirsəsə, məsələni qeyd etdiyim üsullarla həll etmək lazımdır. Əgər narahat olduğunuz məqamlar varsa, bunu aradan qaldırmaq asandır”.

Sosial media marketinqi mütəxəssisi Orxan Rzayev məsələ ilə bağlı “Facebook”da yeni funksiyanın yarandığını qeyd edib:

“Öncə qeyd edim ki, bir neçə ay öncə Facebook əlavə bir funksiya yaratdı. Yəni yalan, saxta vә ya qeyri-etik, mәnasız xәbәrlәri Facebook bizә bildirәcәk. Bunun üçün kimsә oxuduğu xәbәrin saxta vә ya yersiz olduğunu hiss etsә, onu şikayәt etmәlidir. Belәliklә o xәbәr “Facebook’un “qara siyahısı”na düşür vә növbәti adam o xәbәri gördükdә xәbәrin aşağısında bu xәbәrin tәhlükәli olduğu barәdә bildiriş görәcәk.

Saxta, lazımsız xәbәri şikayәt etmәk üçün bunları etmək lazımdır:

Paylaşımın sağ tәrәfindәki menyuya daxil olub postu şikayәt edirsiz (Report Post)
Şikayәtin sәbәbini seçәrkәn Saxta xәbәr olduğunu seçirsiz (Choose a reason > It’s a fake news)
Vә xәbәrin saxta olduğunun qeyd edilmәsini tәlәb edirsiz (What would you like to do > Mark this post as fake news)

Bu, Facebook-un qeyd edilən mövzuya qarşı apardığı mübarizədir. Digər tərəfdən ən yaxşı mübarizə yollarından biri insanların rəftarıdır. Məsələn, ötən gün baş verən zəlzələdən sonra hansısa mətbuat orqanı sosial şəbəkələrdə yaxın zamanlarda daha böyük təkanların gözlənməsi ilə bağlı məlumat yaymışdı. Təbii ki, bu da insanları böyük təşvişə salmışdı. İnsanlar belə ucuz yolla istifadəçi yığmağa çalışanları öz qara siyahısına salmalı və tənqid etməlidir”.

O.Rzayev düşünür ki, bu məsələdə əsas məsuliyyət istifadəçilərin üzərinə düşür:

“Təəssüf ki, bu gün “5 rayonumuzu aldıq”, “200 şəhid verdik” tipli məlumatların da sosial şəbəkələrdə sürətlə yayıldığının şahidi oluruq. İnsanlar da bunun yanlış olduğunu bilmələrinə rəğmən yenidən eyni informasiyanı oxuyurlar. Nə qədər ki, vətəndaşlar bu istiqamətdə diqqətli olmurlar, fırıldaqçı xəbər saytları da bundan istifadə edəcək. Hətta yerli, yeni yaranan saytlar buna nail ola bilirlər. Bu baxımdan əsas məsuliyyət istifadəçilərin üzərinə düşür.
Ümumiyyətlə, sosial şəbəkədən istifadə mədəniyyəti toplumun intellektual səviyyəsi ilə düz mütənasibdir. Toplumda təhsil səviyyəsi yüksəkdirsə, bunu sosial şəbəkələrdə də hiss etmək olur. Ziyalı təbəqənin sosial media fəaliyyəti ilə digər təbəqələrin fəaliyyəti fərqlənir. Bu da normaldır və hər toplumda bu cür istifadəçilərlə rastlaşmaq olar. Bizim cəmiyyətdə də sosial şəbəkələrdə istifadə ilə bağlı xüsusi fərqlilik var deməzdim”.

aia.az



5383 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930