Mobil versiya
Ərəb şeyxləri Azərbaycana ova qayıtdılar – FOTO
Tarix: 05-11-2015 | Saat: 13:43
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Əsl ov ilk köçəri quşların gəlməsi ilə başlayacaq.

Dubay şeyxi Muhamməd bin Raşid əl-Maktumanın 19 övladından biri Muhamməd bin Raşid Qadir 15 nəfər müşayiətçi ilə Hacıqabula sevimli mövsüm ovuna gəlib, haqqin.az-ın regional müxbiri bildirib.
Şahzadənin gəlişindən bir gün öncə Qarasu kəndinə onun qulluqçuları və aşpazı gəlib. Yaxın günlərdə Qarasuya məşhur şahzadə Həmdan bin Muhamməd bin Raşidin gələcəyi də gözlənilir.

Şahzadə Muhamməd bin Raşid Qadir dünəndən ova başlayıb. Bu ərəfədə o, öz İnstagram səhifəsində yerli çobanlardan birinin övladını qucağında saxladığı şəkil paylaşıb.

Ərəb şeyxləri və onu müşayiət edənlər Qarasu sakinlərini gündəlik işləri yerinə yetirmək üçün cəlb edirlər. Yerli sakinlər çadırlar qurur, təmizliyə nəzarət edir, ərzaq tədarükü görür və yemək hazırlayırlar.

Ərəb şeyxləri ov şahinlərini yerli sakinlərdən alınmış göyərçinlərlə bəsləyərək onlara təlim keçirlər. Əsl ov isə Qarasu səmasında köçəri quşların peyda olması ilə başlayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024