Mobil versiya
Azərbaycanlı rəssam Ərdoğanın rəsmini çəkdi – FOTO
Tarix: 05-11-2015 | Saat: 13:38
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər


Layihəni 2011-ci ildə Abdullah Gül başlayıb.

Türkiyə Respublikası prezidentlərinin şəkilləri arasına 12-ci prezident Rəcəb Tayyib Ərdoğanın da portreti əlavə olunub.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ölkənin 11-ci prezidenti Abdullah Gül tərəfindən 2011-ci ildə başladılan həmin layihədə Atatürkdən etibarən bütün prezidentlərinin yağlıboya ilə çəkilmiş rəsmləri yer alıb.

Atatürkün 1933-cü ildə Jean Weinberg tərəfindən hazırlanan rəsmi arxivdən seçilib. Digər prezidentlərinin portretləri isə Türkiyədə yaşayan Azərbaycan əslli rəssam Cavad Süleymanpur tərəfindən hazırlanıb.

Portretlər ilk dəfə 29 oktyabrda Çankaya Köşkündə təşkil edilən Respublika Bayramı ziyafəti zamanı sərgilənib.

Şəkillərin arasına prezident Ərdoğanın da rəsminin hazırlanıb əlavə edilməsi rəssam Süleymanpura həvalə edilib. Ərdoğanın xüsusi şəkilləri çəkilib və təsdiqlədiyi şəkildən onun portreti hazırlanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024