Mobil versiya
İlham Əliyev İndoneziyaya gedəcək
Tarix: 15-11-2017 | Saat: 10:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlham Əliyev İndoneziyaya gedəcək


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İndoneziyaya rəsmi səfər edəcək.

aia.az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında İndoneziyanın ölkəmizdəki səfiri Husnan bey Fananie bildirib. Səfirin sözlərinə görə, prezidentin səfəri gələn il baş tutacaq.

"Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İndoneziyaya səfəri gözlənilir. Cənab nazirin İndoneziyada Bali Demokratiya Forumunda iştirak edəcəyi planlaşdırılır. Forum çərçivəsində ikitərəfli əlaqələr müzakirə olunacaq. Çox güman ki, Azərbaycan prezideni İlham Əliyevin də İndoneziyaya səfəri müzakirə olunacaq. Ümid edirəm ki, Azərbaycan prezidentinin səfəri gələn ilin əvvəlində, ya da ortalarında baş tutacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024