Mobil versiya
Masallıda telefon oğrusu TUTULDU
Tarix: 13-11-2017 | Saat: 17:14
Bölmə:Cəmiyyət | çapa göndər

Masallıda telefon oğrusu TUTULDU




Noyabrın 10-da gecə saat 1 radələrində Masallı Rayon Polis şöbəsinə şəhərin Qaradağ küçəsində yerləşən mobil telefon mağazasından oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı şəhər sakini Cavid Sadıqov saxlanılıb.
Araşdırmalarla əvvəllər məhkum olunmuş bu şəxs törətdiyi əməli etiraf edib. O, mağazaya plastik qapının şüşəsini sındırmaq yolu daxil olduğunu, oradan isə 2 ədəd mobil telefon və 55 manat götürdüyünü etiraf edib.
Oğurladığı 1 ədəd "Nokia N 78” və 1 ədəd "Samsung C 100” markalı mobil telefonlar ondan maddi sübut kimi götürülüb.
Lakin istintaq zamanı C.Sadıqovun digər oğurluğu da üzə çıxıb. Məlum olub ki, o, keçən il avqust ayının 26-da axşam saatlarında Masallı rayonunun Şərəfə kəndindəki evlərdən birinə də qanunsuz yolla daxil olaraq oradan 200 manat oğurlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024