Mobil versiya
Sabirabadda Dövlət Bayrağı və Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilmişdir
Tarix: 13-11-2017 | Saat: 11:36
Bölmə:Gündəm | çapa göndər

Sabirabadda Dövlət Bayrağı və Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilmişdir


Dövlət bayrağı və Konstitusiya günü ilə əlaqədar Sabirabad rayonunda tədbir keçirilmişdir. Dövlət himninin səsləndirilməsindən sonra ümumrayon tədbiri başlanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq millət və dövlət kimi varlığımızın simvolu üçrəngli bayrağımızın 1990-ci il noyabr ayının 17-də məhz Ümummilli Liderimiz Heydər Əliyevin böyük cəsarəti, uzaqgörənliyi sayəsində reallığa çevrildiyindən, həmin gün Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Ali Sovetinin sesiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Naxçıvanın dövlət bayrağı kimi təsdiq edilməsindən ətraflı danışmışdır. Natiq 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması və 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncamlara müvafiq olaraq 2010-cu il sentyabrın 1-də dünyanın ən əzəmətli bayrağının Azərbaycanda ucaldılmasını ölkə Prezidenti İlham Əliyevin müstəqilliyimizə, dövlət rəmzlərimizə sədaqətinin manifesti kimi qəbul olunduğunu xüsusi vurğulmışdır.

N. İsmayılov dövlət və cəmiyyət həyatında Konstitusiyanın rolundan, Ümummilli lider Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış müstəqil dövlətimizin ilk əsas qanununun cəmiyyət və dövlətin gələcək inkişafının təməli olduğundan da bəhs etmişdir.
Rayon Prokuroru, ədliyyə müşaviri Pərvin Quliyev məruzəsində bu gün ən uca bayrağımızın yerləşdiyi meydanı hər birimizin and yeri, müqəddəs məkanı, Vətən məbədi kimi dəyərləndirmişdir. O son illərdə Azərbaycan Konstitusiyasının dövlətimizin, ölkədə ildən-ilə dərinləşən islahatlar, dinamik iqtisadi inkişaf və xalqın rifahının yüksəlməsi yolunda mayak rolunu oynadığından geniş danışmışdır. Məruzəçi Ümummilli lider Heydər Əliyevin həyata keçiridiyi siyasətin əsasında hər zaman insan amili dayandığını, Azərbaycanda bu gün də bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini xüsusi vurğulamış, dövlət başçısının fəaliyyətinin Azərbaycan Respublikası Konstitusiyasının ehtiva etdiyi mütərəqqi dəyərlərə sadiqlik, onların qorunub saxlanılması və inkişaf etdirilməsi üzərində qurulduğundan, ölkəmizdə yaradılmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühitin bütün xalqımız kimi, hər bir sabirabadlıda da Azərbaycanın parlaq gələcəyinə olan inamı bir daha artırdığından iftixarla söhbət açmışdır.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024