Mobil versiya
İranda ölənlərin sayı 207-ə çatdı, 2 minədək yaralı var - YENİLƏNİB
Tarix: 13-11-2017 | Saat: 10:03
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

İranda ölənlərin sayı 207-ə çatdı, 2 minədək yaralı var - YENİLƏNİB


İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıq 141-ə çatıb.

aia.az xarici KİV-ə istinadənxəbər verir ki, təbii fəlakət 2000-dək insanın yaralanmasına səbəb olub.

İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb.
Noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib.İranın Serpol Zəhab, Kəsri Şirin, Cavandur, Səlasi Babacani və Gilan əyalətlərində evlər və ictimai binalar uçub. Hadisə yerlərinə təcili olaraq yanğınsöndürənlər, həkim briqadaları və xilasedicilər cəlb olunublar.

Prezident Həsən Ruhani zərər çəkənlərə hər cür yardım göstərilməsi ilə bağlı xüsusi göstəriş verib.

***

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb. Bu barədə xarici KİV-lər məlumat yayıblar.
1700-dən çox adamın xəsarət aldığı bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024