Mobil versiya
Zakir Həsənov İmanqali Tasmaqambetovla görüşdü - FOTO
Tarix: 4-11-2015, 14:23 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

Zakir Həsənov İmanqali Tasmaqambetovla görüşdü - FOTO
“Qazaxıstanla birgə təlimlərin keçirilməsinə hazırıq”.

Noyabrın 4-də Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin müdafiə naziri İmanqali Tasmaqambetov tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə vurğulanıb ki, Azərbaycan və Qazaxıstan xalqları müştərək tarixi-mədəni keçmişə malikdirlər. İki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Əməkdaşlığın həm ikitərəfli formatda, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində inkişaf edir. “Hazırkı mərhələdə diqqəti Azərbaycanın və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəltmək vacibdir. Bu istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur”, - Qazaxıstanın müdafiə naziri bildirib.

“Biz birgə təlimlərin keçirilməsinə hazırıq. Çünki Qazaxıstan ilə təlimlərin və yarışların keçirilməsi sahəsində təcrübəyə malikik. Bu cür tədbirlərin keçirilməsi silahlı qüvvələrimizin qarşılıqlı təcrübə əldə edərək yaxınlaşmasına xidmət edər”, - deyə Azərbaycanın müdafiə naziri vurğulayıb.

“Fürsətdən istifadə edib Sizi gələn il Astana şəhərində keçirilməsi planlaşdırılan “KADEKS-2016” Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edirəm. Ümid edirəm ki, bu sərgidə iştirakınız ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafına əlavə təkan verəcəkdir”, - deyərək İ.Tasmaqambetov əlavə edib.

Görüşdə, iki ölkə arasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına xüsusi diqqət yetirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi də aparılıb.

Yekunda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.

Səfər noyabrın 5-dək davam edəcək.
Zakir Həsənov İmanqali Tasmaqambetovla görüşdü - FOTO
Zakir Həsənov İmanqali Tasmaqambetovla görüşdü - FOTO
Zakir Həsənov İmanqali Tasmaqambetovla görüşdü - FOTO
Zakir Həsənov İmanqali Tasmaqambetovla görüşdü - FOTO
Zakir Həsənov İmanqali Tasmaqambetovla görüşdü - FOTO
Zakir Həsənov İmanqali Tasmaqambetovla görüşdü - FOTO
Zakir Həsənov İmanqali Tasmaqambetovla görüşdü - FOTO



5459 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930