Mobil versiya
Deputatlar Parisə gedir
Tarix: 11-11-2017 | Saat: 11:49
Bölmə:Siyasət | çapa göndər

Deputatlar Parisə gedir


Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 12-də Fransanın paytaxtı Parisə yola düşəcəklər.

Milli Məclisdən verilən məlumata görə, tədbirdə Vəkillik haqqında Avropa Konvensiyası barədə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, insan hüquqlarının müdafiəsi sahəsində öhdəliklərin yerinə yetirilməsi, yeni məruzəçilərin təyin edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Millət vəkilləri müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər noyabrın 14-də başa çatacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024