Mobil versiya
Prezident İlham Əliyev Mehriban Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif etdi
Tarix: 29-06-2015 | Saat: 12:22
Bölmə:Siyasət / Karusel | çapa göndər


Dövlət başçısı qalib idmançıları da mükafatlandırdı.

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.

Aia.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olundu.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Sonra mükafatlandırma mərasimi oldu.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxundu.

Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim etdi.

Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğıya dövlərimizin başçısına bir daha minnətdarlıq etdi.

Sonra birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının qələbələrindən, dövlətimizin başçısı tərəfindən qalib gələn atletlərimizə medalların təqdim olunması anlarından bəhs edən videoçarx nümayiş etdirildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə