Mobil versiya
Rusiyadan Qarabağ açıqlaması: İlin sonuna kimi...
Tarix: 09-11-2017 | Saat: 17:20
Bölmə:Siyasət | çapa göndər

Rusiyadan Qarabağ açıqlaması: İlin sonuna kimi...



ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün çalışacaqlar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı danışıb. Zaxarova həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif formatlarda təmasların da istisna edilmədiyini bildirib.

Onun sözlərinə görə, görüşdən əvvəl həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrıca məsləhətləşmələr aparacaqlar. Hazırda Rusiyadan olan həmsədr ABŞ və Fransadan olan tərəfdaşları ilə birlikdə bu məsləhətləşmələrin yerini və tarixini müəyyənləşdirmək üçün çalışır.
XİN rəsmisi görüşün ilin sonuna planlaşdırıldığını qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024