Mobil versiya
Aqil Acalov Azərbaycan xalqına səsləndi
Tarix: 09-11-2017 | Saat: 14:24
Bölmə:İdman | çapa göndər







Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Nəzərinizə çatdıraq ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.

Bu günü Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov da da unutmayaraq Azərbaycan xalqını təbrik edib. Bayraq Günü münasibəti ilə AAF-nin prezidentinin təbrikini aia.az oxucularına təqdim edirik:

" Bu gün qürurumuz, milli varlığımız olan üçrəngli bayrağımızın günüdür. Hər bir kəsin önündə diz çökməli olduğu, öpüb gözünün üstünə qoymalı olduğu, şəhidlərimizin cənazələrini sarıb-sarmalayan, üzərinə igidlərimizin qanı hopan müqəddəs bir atributumuzdur bayrağımız. Hər birimiz o bayrağa layiq olmalı, onu qorumalı, onu daim qürurla dalğalandırmaq üçün, ən qiymətli varlığımız kimi əsrlərdən-əsrlərə ötürmək üçün lazım gələrsə, onun uğrunda canımızı fəda etməliyik. Tariximizin, türkçülüyümüzün rəngi var bayrağımızda, hilalımız var bayrağımızda. Gəlin bu gözəl, bu özəl günə yaraşan bir şəkildə bayramı qeyd edək. Gəlin hər birimiz eyvanlarımızdan, maşınlarımızdan milli qürurumuz olan üçrəngli bayrağımızı asmaqla şəhərimizin gözəlliyinə gözəllik qataq, bayrağımıza sevgimizi, hörmətimizi göstərək. Bayrağımızın daim dalğalanması, bayrağımızın daim ucalarda olması arzusu ilə bütün Azərbaycan xalqını Azərbaycan Alpaqut Federasiyasının kollektivi və şəxsim adına ürəkdən təbrik edirəm.Bayramımız mübarək! Gəlin bu gözəl, bu özəl günə yaraşan bir şəkildə bayramı qeyd edək. Gəlin hər birimiz eyvanlarımızdan, maşınlarımızdan milli qürurumuz olan üçrəngli bayrağımızı asmaqla şəhərimizin gözəlliyinə gözəllik qataq, bayrağımıza sevgimizi, hörmətimizi göstərək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024