Mobil versiya
İlham Əliyev cərimələri sərtləşdirdi
Tarix: 03-11-2015 | Saat: 19:26
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Prezident sərəncam imzaladı.

Azərbaycan prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Qeyd edək ki, edilən dəyişikliklərə əsasən İnzibati Xətalar Məcəlləsinin 88-1-ci maddəsi aşağıdakı redaksiyada verilib:

“Maddə 88-1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi

88-1.1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

88-1.2. Bu Məcəllənin 88-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”.

88-3-cü maddə üzrə isə müvafiq dəyişikliklər edilib:

3.1. dispozisiyasına “mühafizə zonalarındakı torpaq sahələri” sözlərindən sonra “, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri əlavə edilsin;

3.2. sanksiyasında “altmış manatdan doxsan manatadək miqdarda” sözləri “min beş yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024