Mobil versiya
“Qoca”nın badına gedənlər: 9 nəfər həbs olunub, 15 nəfər isə...
Tarix: 06-11-2017 | Saat: 15:50
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

“Qoca”nın badına gedənlər: 9 nəfər həbs olunub, 15 nəfər isə...


“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun xüsusi təyinatlı vaqondan qaçması, daha sonra keçirilən əməliyyat zamanı öldürülməsi hələ də müzakirə mövzusudur. Günlərdir mətbuatın gündəmini zəbt edən bu məsələ təkcə “Qoca”nın ölümü ilə yekunlaşmadı, bu işdə əli olan bir neçə nəfərin həbsə düşməsinə səbəb oldu.

Məlumat üçün bildirək ki, məhbusların film kimi qaçışı ilə əlaqədar başlanan əməliyyat-axtarış tədbirləri zamanı Etibar Məmmədovla yanaşı onun yaxını İlqar Əzimov həyatını itirib. Bakı sakini Anar Əsgərov həmin atışma zamanı yaralanıb, Şahmar Bəyəlizadə isə tutularaq istintaqa təhvil verilib.

“Qoca” işində həbs olunanlar arasında Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı tanınmış müğənni Fədafə Laçın da var.

E.Məmmədovun badına gedənlər bununla yekunlaşmır. Həmçinin bu işlə bağlı Penitensiar xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş Bəhruz Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub.

Ümumilikdə qalmaqallı cinayət işində iki nəfər ölüb, 9 nəfər tutulub, 15 nəfər isə işdən çıxarılıb.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024