Mobil versiya
Azərbaycanda iş adamının məmur oğlu həbs olundu
Tarix: 06-11-2017 | Saat: 12:13
Bölmə:Manşet | çapa göndər

Azərbaycanda iş adamının məmur oğlu həbs olundu


Məşhur iş adamı Zaman İsgəndərovun qardaşı oğlu Kənan İsgəndərov həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl K. İsgəndərov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini daşıyan K.İsgəndərov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.

Həbs olunan şəxs həmçinin, Təhsil nazirinin keçmiş müavini, iş adamı İsgəndər İsgəndərovun oğludur.

***

İsgəndər İsgəndərov Unikal.org-a açıqlamasında bildirib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir:

"3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır. Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək. Allah Prezidentimiz İlham Əliyevi qorusun. Onun rəhbərliyi altında əyri-üyrü heç nə ola bilməz”.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024