Mobil versiya
Arda Turan və Burak Yılmaz millidən kənarda qaldı
Tarix: 04-11-2017 | Saat: 18:12
Bölmə:İdman | çapa göndər

Arda Turan və Burak Yılmaz millidən kənarda qaldı


Futbol üzrə Türkiyə millisinin Rumıniya və Albaniyaya qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.

aia.az goal.az-a istinadənxəbər verir ki, baş məşqçi Mirça Luçesku Arda Turan, Burak Yılmaz, Mehmet Topal, Caner Erkin kimi aparıcı futbolçulara dəvət göndərməyib.

Qapıçılar:Harun Təkin ("Bursaspor"), Okan Kocuk ("İstanbulspor"), Volkan Babacan ("Başakşehir");
Müdafiəçilər:Kaan Ayhan ("Fortuna", Almaniya), Ozan Tufan ("Fenerbahçe"), Çağlar Söyüncü ("Freiburg", Almaniya), Erol Erdal Alkan ("Dordrext", Hollandiya), Ömər Toprak ("Borussia", Almaniya), Sərdar Əziz ("Galatasaray"), Uğur Demirok ("Trabzonspor"), İsmayıl Köybaşı ("Fenerbahçe");

Yarımmüdafiəçilər:Cengiz Ündər ("Roma", İtaliya), Dəniz Türüç ("Kayserispor"), Əmrə Mor ("Celta", İspaniya), Oğuzxan Özyakub ("Beşiktaş"), Yusuf Yazıcı ("Trabzonspor"), Səlçuk İnan ("Galatasaray"), Okay Yokuşlu ("Trabzonspor"), Əmrə Akbaba ("Alanyaspor"), Yunus Mallı ("Wolfsburg", Almaniya), Hakan Çalhanoğlu ("Milan", İtaliya), Kenan Karaman ("Hannover"), Tolqa Ciyərci ("Galatasaray");

Hücumçular:Cenk Tosun ("Beşiktaş"), Enes Ünal ("Levante").

Qeyd edək ki, Türkiyə millisi noyabrın 9-da səfərdə Rumıniya ilə qarşılaşacaq. "Ay-ulduzlular" 4 gün sonra isə Antalyada "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya yığmasını sınağa çəkəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024