Mobil versiya
“Keçmişdən Gələcəyə” layihəsi başladı
Tarix: 04-11-2017 | Saat: 17:40
Bölmə:Gündəm | çapa göndər

“Keçmişdən Gələcəyə” layihəsi başladı


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və "Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı ilə "Keçmişdən Gələcəyə” gənclər arasında tarixi mədəni abidələrin təbliği layihəsinə start verilir.

Açılış mərasimində "Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin sədri Turqay Həsənəliyev, ATMU-nun baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin informasiya, ictimaiyyətlə əlaqələr şöbəsinin , QHT-lərlə iş sektorunun nümayəndəsi Rəvanə Abdullayeva iştirak edib.

Bakı şəhərində 65 nəfər gəncin iştirakı ilə 2 gün müddətində həyata keçiriləcək layihənin əsas məqsədi milli-mədəni irsimizin qorunmasına xidmət edən məqsədyönlü tədbirlər həyata keçirmək, tarixi abidələrimizin qorunması və təbliği yönündə gənclərimizin təşəbbüskarılığını artırmaq, ölkədə bu istiqamətdə aparılan tədbir və proqramlarda, xüsusilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”-nın icrasında gənclərin rolu və vəzifələrini geniş kütləyə aşılamaqdan ibarətdir.

Tədbir müddətində peşəkar ekspert və təlimçilər tərəfindən forum və seminar xarakterli görüşlər olub. Həmçinin tarixi məkanlara ekskursiyalar təşkil olunacaqdır.
Layihənin sonunda gənclər tərəfindən beynəlxalq miqyasda, xüsusilə sosial şəbəkə və platformalar üzərindən ölkəmizin təbliğinə dair gənclərin yenilikçi ideyaları toplanılacaq və icrası üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024