Mobil versiya
“Vor zakon”lar aləmində sakit və çaxnaşmalı dövrlər olur - Mətbuat da günahkardır
Tarix: 04-11-2017 | Saat: 16:22
Bölmə:Gündəm | çapa göndər

“Vor zakon”lar aləmində sakit və çaxnaşmalı dövrlər olur - Mətbuat da günahkardır



General-polkovnik Ramil Usubov daxili işlər naziri təyin edildikdən sonra (29 aprel 1994) Azərbaycanda kriminal aləmin üzvlərinə qarşı çox ciddi mübarizə aparılıb. “Qanuni oğru”lar, avtoritetlər və cinayət aləminin digər üzvlərinin Azərbaycanda əl-qol açmalarına heç vaxt imkan verilməyib.
Bu il oktyabrın 23-də avtoritet kimi qəbul edilən iki məhbusun qatardan qaçması və “qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli") azadlığa buraxılması sanki cinayət aləmi üzvlərinin fəallaşdığını göstərdi. Ən pis hallardan biri də bu oldu ki, sosial şəbəkələrdə həmin şəxslərə rəğbət hisslərini ifadə edən müzakirələr açıldı, xüsusən də bəzi gənclərin onlara simatiya bəslədikləri üzə çıxdı.


Bunun səbəbi nədir? Azərbaycanda kriminal aləmin üzvlərinin fəaliyyətinin fəallaşmasının kökündə nə dayana bilər?

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a deyib ki, Ramil Usubov 1994-cü ildə daxili işlər naziri təyin olunandan sonra ölkədə kriminal aləmin üzvlərinə qarşı çox ciddi mübarizə aparılıb.

“Azərbaycan ərazisində olan bu şəxslər ölkədən çıxarıldı, onların qanunsuz hərəkətlərinə son qoyuldu və digər əməliyyat tədbirləri keçirildi. Demək olar ki, bu məsələ ümumiyyətlə gündəmdən çıxdı. Bu gün Azərbaycan dünyanın ən stabil və təhlükəsiz ölkələrindən biridir. Burada daxili işlər və prokuroluq orqanlarının xidməti əvəzsizdir”.

Deputat bildirib ki, oktyabrın 23-dən sonra Azərbaycan gündəmini cinayətkar aləmin üzvləri ilə bağlı məlumatlar doldurmağa başlayıb. O, bu məsələdə mətbuatdan narazılığını gizlətməyib.
“Hətta bəzi mətbuat orqanlarında gün ərzində bu şəxslərlə bağlı 10-15 məlumatlar dərc edilir. Bəzi saytlar həqiqətə uyğun olmayan məlumatlarla gündəm yaratmağa çalışırlar. Bu gün Azərbaycanda sosial şəbəkələrdən istifadə edən 100 minlərlə insan var. Onların da böyük əksəriyyəti gənclərdir. Bu cür məlumatların tirajlanması təəssüf ki, gənclərdə kriminal aləmə və həmin insanlara qarşı bir simpatiya formalaşdırır.
Oktyabrın 30-da Bakı-Tiblisi-Qars dəmiryolu lahiyəsinın açılışı kimi böyük hadisə oldu. Təəssüf ki, həmin gün kriminal aləmin üzvləri haqqında materiallar, belə bir dünya əhəmiyyətli lahiyə ilə barəbar işıqlandırıldı. Mən çox narahatam ki, bu cür informasiyalar bizim gənclərimizin beynini korlayır. Kimlərsə onlara oxşamağa, həyatlarnı təhlil etməyə çalışır. Zəif xarakterli insanlar da belə təsirlərin altına düşə bilir. Bu cür təbliğatların aparılması bizim əxlaqi, milli dəyərlərə ziddir. Hesab edirəm ki, bu məsələ də bir neçə gündən sonra gündəmdən çıxacaq. Bu cür informasiyaları mətbuatda dərc edərkən diqqətli olmalıyıq”.

Keçmiş kriminalist Mahmud Hacıyev isə bildirib ki, “vor zakon”ların aləmində sakit və çaxnaşmalı dövr olur.

“Dustaq olan yerdə qaçış da ola bilər. Cəmiyyət olan yerdə dustaq da olmalıdır. Azərbaycan hüquq-mühafizə orqanlarının onlarla mübarizədə çox böyük əməyi var. Təəssüf ki, bu gün cəmiyyətimizdə “vor zakon”lara qarşı rəğbət var. Bu çox böyük sosioliji problemdir. Son 10-15 il ərzində ictimaiyyətdə, xüsusən də gənclər arasında o aləmin üzvlərinə böyük rəğbət hissi formalaşıb. Biz bunu sosial şəxəbələrdən də görürük, cavanlarla söhbətlərdən də hiss edirik. Bu problem barədə hökumət və hüquq-mühafizə orqanları ciddi addımlar atmalıdırlar”.

Müsahibimiz qeyd edib ki, bəzi gənclərin “vor zakon”lara olan rəğbətinin kökündə bir neçə məsələ dayanır.

“Bəzi məqamlar olur ki, kitabda yazılmış qanunlar işləmir, amma onların “yazılmamış qanunları” işləyir. Ona görə də insanlarda ruh düşkünlüyü yaranır. Bundan sonra isə insanlar “vor zakon”ların “yazılmamış qanunları”na meyillənirlər. Gənclər görürlər ki, “qanuni oğru”lar daha yaxşı dolanırlar, imkanlı olurlar. Cavanlar da fikirləşirlər ki, onlara qoşulsalar imkanlı olacaqlar, sosial problemlərini həll edəcəklər. Hesab edirəm ki, gənclərin “vor zakon”lara olan rəğbətinin kökündə əsas sadaladığım bu iki səbəb dayanır”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024